“İşğal dövründə bütün su mənbələrimiz ekoloji terrora məruz qalıb”.
Bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
Onun sözlərinə görə, düşmən bizi bu su mənbələrindən istifadədən məhrum edib:
“Ölkə prezidentinin də bildirdiyi kimi, Tərtərçayın çirkləndirilməsi ekoloji fəlakət idi. İşğaldan azad olunan ərazilərdə olan çaylarda mütəmadi monitorinq aparılır.
Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçayın suyunda və dib çöküntülərində bir sıra çirkləndirici, ağır metalların olması məlum olub. Bəzi hallarda çirklənmənin hətta 10 dəfə artıq olması qeyd edilib.
Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir”, - deyə o qeyd edib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə 14 əsas çay var:
“Onlardan içməli su kimi istifadə etmək üçün əlavə monitorinqlər aparılmalıdır. Tərtərçay, Bəsitçay, Həkəri və digər çayların mineral tərkibi müvafiq normalara uyğundur”.
Demokrat.az