Matviyenko: “Rusiyada mıx istehsal olunmur, bu mənim üçün yenilik oldu”

REGİON 14 apr 2022, 09:35
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiyada mıx istehsal etməməsi, xaricdən idxal etməsi  onun üçün yenilik olub. 

Demokrat.az xəbər verir ki, Matviyenko bunu Federasiya Şurasının iclasında deyib.

“Bu məlumat mənim üçün gözlənilməz yenilik oldu. Biz mıxı idxal edirik, bu ölkənin adını çəkməyəcəyəm. Özünüz tapın. Metal istehsal edən ölkə olan Rusiyada mıx da düzəltmirik”-deyə spiker vurğulayıb.

Matviyenko kiçik və orta biznesi mıx istehsalı üçün cəlb etməyə çağırıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top