DİN-dən yayılan görüntülərə REAKSİYA (VİDEO)

GÜNDƏM 12 apr 2022, 22:09

Sosial şəbəkələrdə ötən il Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində törədilən qətldən sonrakı vəziyyəti əks etdirən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb.

Demokrat.az xəbər verir ki, 
 bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib:

"Hadisədən sonra mərhumun yaxınları arasında yaranan bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranan narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda, videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib"

Qeyd edək ki, Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı güllələdiyi anların əks olunduğu video yayılıb.


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top