Bill Klinton: “Yeltsinə və Putinə NATO-ya üzv olmağı təklif etmişdim”

DÜNYA 09 apr 2022, 17:18
ABŞ-ın sabiq prezidenti Bill Klinton “Atlantik” nəşri üçün yazdığı məqalədə rusiyalı həmkarları Boris Yeltsin və Vladimir Putinə Moskvanın NATO-ya daxil olmasını təklif etdiyini bildirib.

Demokrat.az xəbər verir ki, siyasətçi 1990-cı illərdə Alyansla Rusiya arasında əlaqələrin inkişafına diqqət çəkib. Klinton Moskvanın “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakını, Rusiya-NATO-nun təsis aktının imzalanmasını,  rus ordusunun Baltikyanı ölkələrdən çıxarılmasını ABŞ tərəfindən maliyyələşdirməsini, o cümlədən bəzi sülhməramlı əməliyyatlarda birgə iştirakını xatırladıb.

“Bütün bu müddət ərzində biz NATO-nun qapılarını Rusiyanın üzv olması  üçün açıq saxlamışıq. Bunu mən Yeltsinə, sonra isə onun varisi Vladimir Putinə bəyan etmişəm”, – deyə Klinton bildirib.

Keçmiş dövlət başçısı həmçinin ABŞ-ın “Rusiyanı görməməzliyə vurması, hörmətsizlik etməsi və təcrid etməyə çalışması” barədə Kremlin iddialarını yalan adlandırıb. Lakin etiraf edib ki, Moskvanın etirazına baxmayaraq NATO şərqə doğru genişlənib.  O, alyansın bu siyasətini “düzgün” adlandırıb.

Qeyd edək ki, prezident  Putin bildirib ki, Klintonun 2000-ci ildə Moskvaya səfəri zamanı o, ABŞ-ın Moskvanın NATO-ya mümkün qəbuluna necə reaksiya verəcəyini soruşub. Rusiya liderinin sözlərinə görə, onun sualına reaksiya zahirən çox təmkinli görünüb.  Bununla yanaşı Putin qeyd edib ki, bu təklifə ABŞ-ın real mövqeyi onların Şimali Qafqazda terrorçulara açıq dəstək, Rusiyanın təhlükəsizlik tələblərinə laqeyd yanaşmaları və NATO-nun genişlənməsi üçün atılan addımlarından görünür.

Rza
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top