Dəyərli sənətkar, əməkdar artist Firuzə İbadova aprelin 3-ü gecə saat 3-də paytaxtın Səbail rayonunda yerləşən gecə klubunda baş verən partlayışla bağlı münasibətini açıqlayıb.
Demokrat.az xəbər verir ki, əməkdar artist məsələ ilə bağlı bunları deyib:
“Allahın qisməti imiş. Mən bu hadisəyə faciə kimi baxıram. Cavan idilər, ömürlərinin çiçəklənən vaxtları idi, necə insandılar, hansı əməl sahibidirlər, bunu Allah bilər. Bəndənin bəndəyə aqressiyası günahdır. Gediblər əylənirlər, zəmanənin, dövrün tələbləri belədir.. Ora ölmək, ya da öldürmək üçün getməmişdilər ki. Sadəcə, əylənməyə gediblər. Ağına-bozuna baxmadan yazırlar, orda olan insanları kiçildirlər. Olmaz belə. Bu nə dərəcədə doğrudur?!
Bu hadisəni Ramazan ayı ilə də əlaqələndirirlər. Deyirlər ki, Allah bəla göndərdi onlara. Amma Allahdan heç vaxt bəla gəlmir. Bəla elə pis insanların özündən gəlir. Allah orda ölənlərə rəhmət eləsin. Qalanları hidayət eləsin. Yaralılara şəfa versin.
Nə qədər ürəksiz insan olasan ki, kiminsə ölümünə sevənəsən.
Mən bu gözəl ayı 11 ay gözləyirəm. Mən oruc tuturam, iftarda məni hər gün bir dostum qonaq edir. İndi mən getsəm hansısa məkanda hadisə baş versə, başıma bir iş gəlsə, deməli günah iş görmüşəm?! Ağızlarına gələni yazırlar.
Orda ölən və yaralananlara hər gün dua edirəm. Dua edirəm ki, valideynlərinə səbir versin.”
Gülçin Qorxmaz
Demokrat.az