Dünyada yeganə olan avtomobil hərraca çıxarılacaq

AVTO 07 avqust 2025, 09:03
Unikal "Ferrari 250 GTO Bianco Speciale" Florida ştatının "Mecum" auksionunda satışa çıxarılacaq.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu avtomobil "Maranello" fabrikində mirvari ağ rəngə boyanmış dünyada yeganə 250 GTO-dur.

Onu ikiqat "Formula-1" çempionu, britaniyalı yarış pilotu Qrem Hill idarə edib.

Ümumilikdə, "Ferrari" 1962-1964-cü illər arasında bu avtomobildən 36 ədəd istehsal edib.

Sonuncu dəfə "250 GTO" 2023-cü ilin noyabrında "Sotheby's" auksionunda italyan brendi üçün rekord qiymətə - 51,7 milyon dollara satılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top