Avropa İttifaqı Ukraynada törədilmiş kütləvi qətllə bağlı bəyanat yaydı

DÜNYA 04 apr 2022, 17:40
Avropa İttifaqı (Aİ) Ukraynanın Buça şəhərində baş verənlərlə bağlı rəsmi mövqeyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, müvafiq bəyanatla Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano çıxış edib. “Avropa İttifaqı Ukraynanın işğaldan azad edilmiş bir sıra şəhərlərində Rusiya silahlı qüvvələrinin törətdiyi vəhşilikləri ən kəskin şəkildə pisləyir. Qırğınlara, müharibə cinayətlərinə və digər ciddi pozuntulara yol verənlər, həmçinin onlarla əlaqəli hökumət rəsmiləri, hərbi rəhbərlər məsuliyyətə cəlb olunacaqlar. Avropa İttifaqı Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək və təcili olaraq Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləməyə davam edəcək”, – Stano deyib.

O, həmçinin mülki infrastrukturun qəsdən məhv edilməsinə görə Rusiyanı qınayıb və Ukrayna Baş Prokurorunun, Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun təhqiqata başlamaq, faciə ilə bağlı sübutlar toplamaq təşəbbüsünü dəstəklədiyini bildirib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top