Onlar telefona görə imtahandan çıxarıldılar — RƏSMİ

GÜNDƏM 03 aprel 2022, 19:47

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Bu barədə  Demokrat.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib və öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb. Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

Xatırladaq ki, DİM aprelin 3-də respublikanın 18 şəhər və rayonunda imtahanlar keçirib. 

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top