Sumqayıt şəhərində 1997-ci il təvəllüdlü Tərlan şəxsi münasibətlər zəminində tanışı Ələsgərlə dava edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 31-də, saat 18 radələrində baş verib.
Tərlan əvvəldən tanıdığı Ələsgərlə aralarında baş vermiş mübahisə zamanı H.Z.Tağıyev qəsəbəsi, Komendaturanın yaxınlığında yerləşən marketin bayır tərəfində yumruqla onun sifət nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Tərlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dekabrın 31-də, saat 18 radələrində Ələsgər adlı müştəriləri işlətdiyi marketə gəlib və onlara olan borcunu qaytarıb: “Həmin vaxt aramızda onun kobud rəftarına görə mübahisə yarandı. Bundan sonra Ələsgərə marketdən bayıra çıxmağı bildirdim. Ələsgər isə çıxmadı. Sonra mübahisə daha da gərginləşdi. Bu zaman qardaşlarım Şahin və Ravil də orada olub. Marketin bayır hissəsində Ələsgərlə aramızda mübahisə davam etdi. Münaqişə vaxtı Ələsgərin göz və qulaq nahiyəsinə zərbə vurdum. Münaqişə vaxtı yanmızda kənar şəxs olmayıb”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb.
Bu səbəbdən Tərlanın barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az