Azərbaycanlı politoloq Zelenskini alçaltdı: “O, Paşinyanı xatırladır…”— VİDEO

GÜNDƏM 29 mar 2022, 18:35
“Bu gün Ukrayna prezidenti Zelenski hava məkanının bağlanmağını NATO-dan nə qədər tələb, xahiş edir. Amma onun istəyinə məhəl qoymurlar. Zelenskinin bugünkü vəziyyəti Paşinyanın 44 günlük müharibədəki vəziyyətini xatırladır”.

Bu fikirləri Musavat TV-yə açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

“Bu adam inandı ki, bunun arxasında duracaqlar. Arxasındakı böyük güclərə inandı və bir aventüraya atıldı. Məlum oldu ki, yanlış hesab Bağdaddan dönərmiş. Bunların hesabı da bu cür oldu. Görünür ki, Zelenski ətrafına kvnşikləri yığıb və ona düzgün məsləhət verilmədi. NATO da onu aventüraya sürüklədi”.

Həmin videonu təqdim edirik:

 
Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top