Könül Kərimova Demokrat.az–a özəl müsahibə verib.
Müsahibəni təqdim edirik:
-Könül xanım, tamaşaçılar sizi televiziya kanallarından birində, vaxtilə,aparıcı kimi də görüb. Aparıcı kimi heç də az sevilməmisiniz. İndi müğənni, produser, hətta bloggerlər də aparıcı olur. Necə baxırsınız buna? Sizcə, aparıcılıq qabiliyyəti nə ilə ölçülür?
-Başqa sahənin insanı aparıcı ola bilər, amma baxır hansı formatda proqramın.. Məsələn mən, “Xəbərlər” proqramının aparıcısı ola bilmərəm, əsla. Verilişlər var çəkisi ağır, dünyada baş verənlərdən məlumatlı olmağı tələb edir. Gərək anlayışın, savadın, qabiliyyətin çatsın. Savadlı aparıcılarımız çoxdur. Mən onlar ola bilmərəm, sadəcə, öz ixtisasıma yaxın proqramlarda aparıcılıq edə bilərəm.
-Yenidən aparıcılıq etmək istəyərsiniz?
-Hər şey ola bilər.. Qısa və konkret.
-Öz balaca dünyanızda kimlərə yer yoxdu?
- Murdar insanlara.. Tərbiyəsiz, mədəniyyətsiz, əqidəsi cılız insanlara yer yoxdur.
-Qayınana olmaq çətindi, yoxsa müğənni?
-Müğənni olmaq çətindir. Qaynana bir anadır, yəni mənim üçün heç nə dəyişməyib. Allaha şükür, kürəkənim mənim üçün oğul əvəzidir. Qaynana kimi heç bir çətinliyim yoxdur. O ki qaldı müğənniliyə, çox çətin peşədir. Qaynanalıqla müqayisə edilməzdi, mənim üçün. Bəzilərinin kənardan görüb, aid yanaşdığı kimi asan peşə deyil. Orta məktəbdən bu yolları keçirəm, şükürlər olsun ki, təhsilli müğənniyəm. Bəziləri kimi, müğənni olmaq sonradan ağlıma gəlməyib. Böyük səhnədə ilk çıxışım 4-cü sinifdə oxuyanda olub. Mənim üçün incə olduğu qədər də, mürəkkəb bir sənətdir.
-İfa etdiyiniz mahnılar illərlə dinlənilir, sevilir. Nostaljiyə çevrilir hətta. "Üç günlük və üç notluq mahnılar"ın dəb olduğu dövrdə KÖNÜL KƏRİMOVA tərzini necə qoruyub saxlaya bilirsiniz?
-Belə şeylər məni qorxutmur. Yəni, bu üç günə trend olan mahnılar, müğənnilər.. O vaxtı Namiq Qaraçuxurlu ilə meyxananı mahnı ilə duet edən ilk müğənni mən oldum. O dövrə görə o musiqi də əsər hesab olunmurdu, etiraf edirəm. Bəsit mahnı idi. Dövründən asılı olmayaraq, gərək seçimini düzgün edəsən. Mən həmişə buna diqqət edirəm. Deyin görüm indi dəbdə olan hansı mahnını zümzümə edə bilərsiniz? Amma mənim mahnım illərlə dillərdə əzbərdir. Çünki, mən mahnı seçiminə çox məsuliyyətlə yanaşıram. Kütlənin arxasında gedən müğənni deyiləm, kütləni arxamca aparan müğənniyəm.

Gülçin Qorxmaz
Demokrat.az