Prezident Azərbaycanla İspaniya arasında imzalanmış sazişi təsdiqlədi

XARİCİ SİYASƏT 09 mart 2022, 15:49
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” sazişi təsdiqləyib.

Demokrat.az xəbər verir ki,dövlət başçısı sazişin təsdiqlənməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top