Biləsuvarda iki məktəblini maşın vurdu

HADİSƏ 28 yan 2022, 15:39
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində baş verib.

Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və 2005-ci il təvəllüdlü Qəhrəmanov Coşqun Ələddin oğlunu "VAZ 2107" markalı minik avtomobili vurub.

Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top