“Ərim mütəmadi olaraq məni döyüb, təhqir edib” — 14 yaşlı gəlindən tükürpədən sözlər

KRİMİNAL 27 yan 2022, 10:18
Xızı rayonunda 1986-cı il təvəllüdlü Rəhim yetkinlik yaşına çatmayan Mədinə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəhim evlənmək məqsədilə tanış olduğu, özündən 20 yaş kiçik olan 2006-cı il təvəllüdlü Mədinə ilə ilk dəfə 29 iyun 2019-cu ildə, saat 22.00-da yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində cinsi əlaqəyə girib. 

Daha sonra isə həmin ilin iyunun 29-da, 2020-ci ilin martın 21-də yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mədinəni əvvəllər tanımasa da, uzaq qohumu olduğunu bilib: “2018-ci ilin yayında Mədinəni Siyəzən rayonu, Balaca Həmyə kəndində gördüm. Həmin vaxt Mədinədən xoşum gəldiyi üçün onun haqqında maraqlandım. Sonra bu barədə anama məlumat verdim. Mədinənin oxuduğu məktəbdə həmyaşıdlarından nisbətən böyük olduğunu, məktəbə gec getdiyini dedilər. Bundan sonra anam Mədinənin şəxsiyyət vəsiqəsi alıb-almaması barədə soruşdu. Anası bahar qızına şəxsiyyət vəsiqəsi olmadığını dedi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-ci ilin martında el adətə ilə nişan, iyunun 29-da isə Siyəzən rayonu, Balaca Həmyə kəndində toy olub: “Buna baxmayaraq Mədinə ilə aramızda rəsmi nikah olmadı. Mədinə ilə evləndim, onun 15 yaş olduğunu dedilər. Həm də Mədinə bədən quruluşuna görə normal olduğundan onun yetkin qız olduğunu və mənimlə ailə həyatı qura bilməsini düşündüm. Həmin vaxt özümə toy etmədim. Mədinənin qız toyundan sonra Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən yaşadığım evə gəlin köçdü. Gəlin gələrkən onunla birlikdə el adətinə görə yengə olaraq Mədinənin qohumları Səmayə və Könül adlı şəxslər də yaşadığım Giləzi qəsəbəsinə gəldilər”.

Rəhim qeyd edib ki, həmin gün Mədinə ilə cinsi əlaqədə olub: “Həmin vaxta qədər heç kimlə cinsi əlaqədə olmadığıma görə cinsi aktın necə olmasını bilməmişəm. Cinsi əlaqəni bitirdikdən sonra otaqdan çıxdım. Otaqdan çıxdığıma görə gəlinin bakirəliyin pozulub-pozulmadığını bilməmişəm. Özüm də həmin vaxtı həyəcanlı olmuşam. Məndən sonra otağa yengələr girdi. Anama Mədinənin qız uşağı olmadığını dedilər. Anam da bu barədə mənə dedi. Mədinədən bununla bağlı maraqlansam da, sonuncu yalan olduğunu və bakirəliyi mənim tərəfimdən pozulduğunu dedi. Sonra Mədinə ilə eyni evdə ər-arvad münasibətləri ilə yaşadım. Təxminən toydan 1 ay sonra, yəni avqust ayında Mədinə üçün şəxsiyyət vəsiqəsi aldım”. 

Rəhim deyib ki, həmin vaxtı Mədinənin 14 yaşının 2 yanvar 2020-ci ildə olacağını bilib: “Bundan sonra ayrı-ayrı vaxtlarda həftədə 2-3 dəfə olmaqla Mədinə ilə yaşadığım evdə təbii yolla cinsi əlaqədə olsam da, Mədinənin yaşının az olması səbəbindən onun hamilə qalmaması üçün lazimi tədbirlər gördüm. Beləcə Mədinə ilə normal münasibətlərimiz oldu. Lakin sonradan Mədinənin anası mütamadi olaraq bizim yaşadığımız evə gəlib və bundan sonra evdə söz söhbət yaranıb. Anası məndən Mədinəni mütamadi olaraq Balaca Həmyə kəndinə gətirməyimi istədi. Mən isə Mədinəni özüm ilə aparıb-gətirdim. Mədinənin anası əxlaqsız qadın olması haqqında eşitdiyimə görə, onu anasının evinə getməsinə icazə vermədim”.

Rəhimin ifadəsinə görə, 2020-ci il martın 21-də Mədinə ilə birlikdə onun anasının yaşadığı Siyəzən rayonu, Balaca Həmyə kəndində yerləşən evinə bayram üçün gedib: “Həmin vaxtı evə yad insan gəldikdən sonra Mədinənin üzündən öpməsini gördüm. Mədinənin üzündən öpən kişinin kim olduğunu onun xalası qızı Məlahətdən maraqlandım. Məlahət bildirdi ki, həmin kişi Baharın gəzdiyi adamdır. Bundan sonra Mədinə ilə yenidən evimizə qayıtmaq istəsəm də, Bahar niyə həmin kişi haqqında maraqlandığımı bəhanə edərək qızı vermədi. Mən də məcbur olaraq evə qayıtdım. Sonra bir necə dəfə Mədinəni evə gətirmək üçün Siyəzən rayonu, Balaca-Həmyə kəndinə getsək də, Bahar müxtəlif bəhanələrlə qızı vermədi”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayəti olmamasının, 2-ci qrup əlil olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mədinənin sözlərinə görə, 2019-ci ilin yaz aylarında Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan Rəhim və ailə üzvləri onun üçün elçi gəlib: “Anam ilk vaxtlarda mənim ailə qurmama narazı olsa da, sonradan buna razılıq verdi. Rəhimin valideynləri anam Bahara toy olduqdan sonra məni evlərinə aparacaqlarını, lakin yaşım az olduğundan aramızda heç bir yaxınlıq və cinsi münasibət olmayacağını bildirdilər. Bundan sonra iyunun 28-də yaşadığım Siyəzən rayonu, Kiçik Həmyə kəndində toyum olduqdan bir gün sonra Rəhim və ailəsi məni evlərinə gəlin apardı. Həmin vaxt anam dayım arvadları Səmayə və Könül də mənimlə birlikdə Xızı rayonu Giləzi qəsəbəsinə yolladı. Rəhimin  yaşadığı Giləzi qəsəbəsinə gəlin köçdükdən sonra aramızda yaxınlıq və cinsi əlaqə olmayacağını bildirmələrinə baxmayaraq, Rəhimin yaşadığı evə köçdüyüm gün gecə cinsi əlaqədə olduq. Mənim bakirəliyim həmin gün pozuldu. Qohumlarım Səmayə və Könül isə el adəti üzrə “yengə" kimi bu prosesə şahidlik etdi, qanlı əskini qaynanama göstərdi, 50 manat aldıqdan sonra rayonuna qayıtdılar, bu barədə anama məlumat verdilər”. 

Zərərçəkmiş şəxs deyib ki, 21 mart 2021-ci ilə kimi Rəhimlə birlikdə yaşayıb: “Yaşadığımız müddət ərzində ərim olan Rəhim mütəmadi olaraq məni döyüb, təhqir edib. Rəhim məni bütün günü ev işləri görməyə, malqaraya baxmağa məcbur edib, rahat yaşamağıma imkan verməyib”. 

Mədinə qeyd edib ki, mart 20-də anası Bahar qayınanasına  vurub: “Anam qayınanama mənim və Rəhimin səhər bayramı qeyd etmək üçün onlara gəlməyimizi bildirdikdən sonra aralarında telefonda bir qədər mübahisə yarandı. Bu mübahisədən bir gün sonra Rəhimlə birlikdə anam Baharın Siyəzən rayonu Kiçik Həmyə kəndində yerləşən evinə getdik. Orada olarkən Rəhim anam ilə mübahisə etdi. Rəhim anamı və məni söyərək təhqir etdi. Bundan sonra Rəhimə onunla yaşamaq istəmədiyimi və anam ilə qalacağımı dedim. Bir daha Rəhimin yaşadığı evə getmədim, onunla əlaqə saxlamadım. Səhhətimdə narahatlıqlar olduğu üçün martın 22-də Siyəzən rayon xəstəxanasına müraciət etdim. Müayinə zamanı hamilə olduğumu bildim”. 

Mədinə bildirib ki, Rəhim ilə barışıb, ondan heç bir şikayəti yoxdur.

Bu cinayət işinə Xızı rayon Məhkəməsində baxılıb. 

Rəhim 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilib və “həbs” növündə qətimkan tədbiri seçilib. 

Rəhim məhkəmə iclas zalından həbs edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 8 dekabr 2021-ci ildən hesablanması qərara alınıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top