Nazirlik Əhməd Cavadın ev muzeyinin yaradılmamasının səbəbini açıqladı

ƏDƏBİYYAT 27 yan 2022, 10:14
"Əhməd Cavadın 130 illik yubileyinin qeyd olunması ilə bağlı təkliflər toplanır".

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ə.Cavadın nəticəsi babasının ev muzeyinin yaradılması üçün təkliflə nazirliyə müraciət edib: "Məsələ ilə bağlı şairin ailəsi ilə əlaqə saxlanılıb. Onun vaxtilə yaşadığı evlərin heç birinin üzərində ailə üzvlərinin mülkiyyət hüququnun olmadığı müəyyən olunub. Əhməd Cavadın 130 illik yubileyi ilə bağlı təkliflər toplanır. Tam yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Ə.Cavad 1892-ci il mayın 5-i Şəmkir rayonu, Aşağı Seyfəli kədnində anadan olub. O, Azərbaycan Dövlət Himninin sözlərinin müəllifidir.

Xatırladaq ki, şairin nəticəsi Cavad Axunzadə Bakının İstiqlaliyyət küçəsində babasının ev muzeyinin yaradılması təklif edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top