İrəvanda daha bir istefa

REGİON 26 yan 2022, 22:26

İrəvanın vitse-meri Qayane Melkom Melkomyan istefa verib.

Bu barədə o, feysbuk səhifəsində yazıb.

"Mən yarımçıq qalan proqramlara və islahatlara görə çox təəssüflənirəm. Amma indiki şəraitdə meriyadakı xidmətimin başa çatmasını məntiqli və təbii hesab edirəm", - Melkomyan bildirib.

Melkomyan 2018-ci ilin sentyabrında “Mənim addımım” blokundan İrəvan Ağsaqqallar Şurasına seçilib, bundan sonra o, vitse-mer təyin edilib.

Xatırladaq ki, bu gün daha bir vitse-mer Sergey Arutyunyanın istefası açıqlanmışdı./qafqazinfo

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 may 2022, 22:54
Top