Aygün Kazımovanın adına bağ salındı — FOTO

ŞOU-BİZNES 25 yan 2022, 16:57
Xalq artisti Aygün Kazımovanın 51-ci doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyası “50+1” adlanır. Abşeron yarımadasının iqliminə uyğun olaraq, Hövsanda zeytun ağacları əkilib.

Fanatların zeytun ağaclarını seçməsində başqa bir səbəb isə zeytunun uzunömürlük, sülh və sevginin simvolu olmasıdır. Onlar əkdikləri ağacları Aygün xanıma olan sevgilərinin nişanəsi kimi qiymətləndiriblər.

Aksiyada A.Kazımova da iştirak edib, ağac əkib. Əraziyə “Aygün bağı” lövhəsi yerləşdirilib.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 may 2022, 22:54
Top