Qazaxda ana və övladı yol qəzasında xəsarət aldı

HADİSƏ 23 yan 2022, 20:19

Qazaxda ana və övladı yol qəzasında xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə şəhərin “Hərbi şəhərcik” adlanan ərazidə qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində qadın və övladı (şəxsiyyətləri dəqiqləşdirilir-red.) xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top