Balakən sakini evin içində yanaraq öldü

HADİSƏ 23 yanvar 2022, 18:01
Balakən rayonunun Gərəkli kəndində birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Osmanov Zumrat Nəcməddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top