"Şuşa" adını dəyişdirib, "Buta" etdilər — Utancverici hadisənin təfərrüatı (VİDEO)

HADİSƏ 23 yanvar 2022, 09:17
"Bizə təklif etdilər ki, komandanın adı olan "Şuşa"nı dəyişək".

Demokrat.az xəbər verir ki, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasov deyib.

O deyib ki, ikinci tura adlayan zaman Ruben Jaqinyan adlı şəxs onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirib. 

Nəticədə komandanın adı dəyişdirilərək "Buta” ilə əvəzlənib.

Bu addım isə, çox böyük səs-küyə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri bu addımı atanları qınayıb, ümumiyyətlə onların tədbirdən ayrılmalı olduqlarını bildiriblər.

Məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edirik: 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top