Akif Nağı Qarabağ Komitəsinin idarə heyətindən uzaqlaşdırıldı

HADİSƏ 06 mar 2019, 20:32

Bu gün Qarabağ Komitəsinin iclası keçirilib. 


Demokrat.az xəbər verir ki, iclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib. 


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı QK-ya üzv olub.


Eyni zamanda ADR Hərəkatının təmsilçisi Əlövsət Sadıqlı və VHP təmsilçisi Felmar Alakbarli yekdilliklə Qarabağ Komitəsinin İdarə Heyətinin yeni üzvləri seçiliblər. 


Ölkəmizdən kənarda mühacir həyatı yaşayan Cavid Cabbarlı, İmadəddin İsrafilov və gənc fəallardan Səddam Nəcəfov yekdilliklə Qarabağ Komitəsinin üzvü seçiliblər. 


Komitə 16 mart mitinqinin kütləvi təbliğatına qərar verib. İdarə Heyətinin iclasından sonra Qarabağ ətrafında baş verən hərbi-siyasi vəziyyət haqqında müzakirələr başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top