Piyadanı döyən “BakuBus” sürücüsü ilə bağlı DİN-dən AÇIQLAMA — VİDEO

HADİSƏ 26 aprel 2025, 12:06
Xəbər verdiyimiz kimi Bakıda avtobus sürücüsü piyadanı döyüb. "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb. Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizim.Media-ya bildirib ki, aprelin 25-də paytaxtın Nərimanov rayonu ərazisində avtobus sürücüsü ilə piyada arasında mübahisə baş verməsi barədə daxil olmuş məlumat üzrə ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Tərəflərin izahatı alınıb. Yol üstünlüyü ilə bağlı aralarında anlaşılmazlıq yarandığını bildirərək qarşılıqlı şikayətlərinin olmadığını qeyd ediblər.

Hazırda araşdırma davam etdirilir.

Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus marşrutu idarə edən Ramin Təhməzov bu ilin mart ayında qəza törədib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 aprel 2025, 16:53
Top