Hadisə

Gədəbəydə 45 yaşlı qadın dəm qazından zəhərlənərək öldü

Gədəbəydə 45 yaşlı qadın dəm qazından zəhərlənərək öldü

Gədəbəy rayonunda qadının dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilir.

Demokrat.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü Y.M. yaşadığı evin vanna otağında ölü halda tapılıb.

İlkin ehtimallara əsasən, qadının dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

NE
Nihadə Eyyubova