“Bu məmurlar elə həbsxanada da öləcəklər...”

GÜNDƏM 17 yan 2022, 14:21
“Bizdə ölkəni çapıb-talayan adamların axırı molla olur. Bunlar həbsxanada namaz qılıb, şeir yazırlar ki, insanların bunlara yazığı gəlsin. Yəni səmimiyyətlərinə inanmıram”.
 
Bunu Moderator.az-a açıqlamasında nasir Xeyrəddin Qoca deyib. X.Qoca məmurların atdıqları müsbət addımlarının səmimiyyətinə inanmadığını bildirib:
 
“Savadsızlıq, cahillik baş alıb gedir. Bununla xalqı hara aparırlar?! Puldan ötrü hər yola əl atırlar. Bunlar dünyanın fani olduğunu heç də həbsxanada dərk filan etmirlər. Mənim kiməsə qarğış etmək, nəsə haqqında pis fikir söyləmək niyyətim yoxdur. Ancaq onu bilirəm ki, bunlar elə həbsxanada da öləcəklər. Bunların əksəriyyəti şəxsiyyətini itirmiş, xalqın başına oyun açmış adamlardır. Bu qədər eyblərinin hansı düzəlib ki?”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top