Prokuror “İdeal”ın keçmiş sahibinə cəza istədi

HADİSƏ 17 yanvar 2022, 12:45
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror İlqar İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Onun vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. 

Növbəti proses yanvarın 31-də keçiriləcək. 

İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.

İlqar İsmayılov ittihamları qəbul etmir.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top