Türkiyədə PCR testi ilə bağlı dünən ləğv edilən qayda yenidən qüvvəyə mindi

REGİON 16 yan 2022, 22:15

Türkiyədə PCR testi ilə bağlı dünən ləğv edilən qayda bu gün yenidən qüvvəyə minib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin valiliklərə göndərdiyi yeni təlimata əsasən, təyyarə ilə  şəhərlərarası səyahət zamanı peyvənd olunmayan, vaksinaisya prosesini tamamlamayan və son 180 gün ərzində virusa yoluxmayan şəxslərdən PCR testi tələb olunacaq. 

Konsert, kino və teatr zallarında, məktəblərdə çalışanlara, dövlət və özəl sektorda işləyənlərə, tələbə-şagird düşərgələrinə qatılacaq iştirakçılara PCR testi tələbi qoyulmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top