Vüsal Quliyev: "Dövlətimizin başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur"

GÜNDƏM 15 yan 2022, 19:04

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələrini verdi. Dövlətimizin başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur.

Bu  sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev yanvarın 15-də ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. /Azərtac

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top