"Xocalıda azı 3 813 nəfər qətlə yetirilib".
Demokrat.az xəbər verir ki, bu fikirləri Hərbi Jurnalistlər Birliyinin sədri, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) İnformasiya Proqramları Studiyasının direktor müavini Tamxil Ziyəddinoğlu bəyan edib.
Tamxil Ziyəddinoğlu bildirib ki, erməni faşistləri iki min Xocalı sakininin izini itirmək üçün meyidləri ayrı-ayrı yerlərdə topalayaraq yandırıblar:
"Xocalıda azı 3 813 nəfər qətlə yetirilib. 613 nəfərin meyidi tapıldığı üçün bu rəqəm hallanır. Erməni faşistləri 2000 Xocalı sakininin izini itirmək üçün meyidləri ayrı-ayrı yerlərdə topalayıb yandırıblar. 1200 nəfəri isə bataqlığa töküb batırıblar. Bunu özləri etiraf edirlər... Bu yanlışdığı düzəltmək lazımdır. O zaman Xocalıda 10 min əhali yaşayırdı, hanı o əhali?".