Avropada Xocalı soyqırımına həsr olunan peşəkar boks gecəsi keçirilib — FOTOLAR

HADİSƏ 25 fev 2019, 19:50

Macarıstanın paytaxtı Budapestdə Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsi (WBCA-World Boxing Committee Aliyev) və “AKK Promotio”nun təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş peşəkar boks gecəsi keçirilib.

 

Demokrat.az xəbər verir ki, boks gecəsində azərbaycanlı idmançı Roman Zakirov Meksikalı boksçu Daniel Vega Cotaya qarşı IBO və WBCA beynəlxalq kəməri uğrunda mübarizə apararaq qalib gəlib. 


Gecədə 2000 –dən çox canlı izləyicilər olub, qalibin şərəfinə Azərbaycan bayrağı yüksəldilib və Xocalı soyqırımını əkd etdirən görüntü nümayiş olunub. Boiks gecəsi yerli telenakallarda canlı nümayiş olunub. 


Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsi rəhbəri Yaşar Niftəliyev bildirib ki, belə tədbirin Avropada keçirilməsi Azərbaycan diasporunun uğurudur: 


“Azərbaycanın Diaspor Komtiəsi, xüsusilə onun sədri Fuad Muradovun son vaxtlar diaspor təşkilatları ilə sıx təması və birgə fəaliyyəti bu kimi uğurları reallaşdırıb. Bu, bizə ümid verir ki, gələcəkdə bu daha da uğurla davam etsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top