Bakıda iki bələdiyyə sədri istefa verdi — GÖZLƏNİLMƏZ QƏRAR

HADİSƏ 22 fev 2019, 12:59

Səbail rayonunda formalaşan 3 bələdiyyədən ikisinin - Səbail və Badamdar bələdiyyəsinin sədri həftə ərzində vəzifəsindən istefa verib.


Demokrat.az xəbər verir ki, Badamdar bələdiyyəsində dünən keçirilən bələdiyyə iclasında təşkilat məsələsi gündəmə gətirilib və sədrin istefa ərizəsi qəbul edilib. 

Bələdiyyə iclasında sədrin səlahiyyətlərinin icrası Təzəxan Məmmədova tapşırılıb.


Digər bir məlumata görə, Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılovda bundan əvvəl sədr vəzifəsindən istefa verib.


13 fevral tarixində keçirilən bələdiyyə iclasında sədrin səlahiyyətlərinin icrası bələdiyyə üzvü Səmədağa Aslanova həvalə edilib.


S.Aslanov Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Mənzil kommunal təsərrüfatı sistemində məsul vəzifələrdə çalışıb, bir müddət  isə Səbail MKTB-nin rəisi vəzifəsində çalışıb.


Hər iki bələdiyyə sədrinin istefası məsələsi bələdiyyələrdə təsdiq edilsə də, onların hansı səbəbdən istefa verməsi barədə məlumat verilməyib.


Qeyd edək ki, sabiq sədr F.Cəbrayılov 2014-cü ildə bələdiyyə üzvü seçilmiş, 2015-ci ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib. 


F.Cəbrayılov işgüzarlığı ilə seçilən təşəbbüskar bələdiyyə sədrlərdən olub.


Bundan əvvəl isə F.Cəbrayılov Səbail bələdiyyəsində üzün müddət bələdiyyə qulluqçusu kimi çalışıb.(Belediyye.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top