Təhsil Nazirliyinin Nəsimini "makyaj etməsi" ETİRAZLA QARŞILANDI — FOTOLAR

MARAQLI 19 fev 2019, 16:29

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin Təhsil Nazirliyi tərəfindən makyajlanmış rəsmi sosial şəbəkələrdə etirazla qarşılanıb. 


Demokrat.az xəbər verir ki, İmadəddin Nəsiminin rəsminin bu cür "müasirləşdirilməsinə" bir çox tanınmış ictimaiyyət nümayəndələri və ziyalılar da etiraz ediblər. 


Rəsmə etirazını bildirən tanınmış yazıçı və jurnalist Natiq Məmmədli qeyd edib ki, İmadəddin Nəsiminin bu qədər makyaja eytiyacı yox idi:


"Hələ qaşlara bax. Tərki dünya şair özü də belə hüsnü-camal ilə çətin razılaşardı. İl Nəsimi ilidi, amma bu o demək deyil ki, şairi müasirləşdirib hərə özünə oxşatsın".


Qeyd edək ki, Təhsil Nazirliyi 2019-cu il ərzində ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elm konfrans, simpozium və seminarların keçirilməsi, dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi jurnallarda dərc olunması üçün İmadəddin Nəsiminin yeni rəsmini yayıb. 


Demokrat.az  

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top