"Türkiyə İranla ikitərəfli mexanizm qurmağa hazırdır" — ​Ərdoğan

DÜNYA 14 fev 2019, 23:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla ikitərəfli ticarət əlaqələrini genişləndirmək üçün müvafiq mexanizm qurmağa hazır olduqlarını bildirib.

 

Demokrat.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Soçidə Suriya məsələsinə dair Trükiyə, İran və Rusiya prezidentləri arasında keçirilən üçtərəfli görüş öncəsi iranlı həmkarı Həsən Ruhani ilə görüşü zamanı bildirib.


“Türkiyə İranla ticarət əməkdaşlığı üçün Avropanın xüsusi təyinatlı mexanizmini alqışlayaraq bu çərçivədə əməkdaşlığa, habelə buna bənzər ikitərəfli mexanizm qurmağa hazırdır”, - deyə R.T.Ərdoğan vurğulayıb.

 

​Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top