"Azərbaycan da öz sosial şəbəkəsini yarada bilər" — AMEA-nın akademik-katibi

GÜNDƏM 13 fev 2019, 12:49

"Azərbaycan da öz sosial şəbəkəsini yarada bilər. Bunun böyük imkanlar mövcuddur".


Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik-katibi Rasim Əliquliyev bildirib. 


Rasim Əliquliyev deyib ki, Azərbaycanda da sosial şəbələrinin yaradılması mümkündür:


"Bu gün dünyada müxtəlif texnologiyalar mövcuddur, internet açıqdır, dünyanın təcrübəsi var. Məgər dünya hamıya məlum olan 1-2 sosial şəbəkələrdən ibarətdir? Dünyada minlərlə sosial şəbəkələr var. Hər kəs öz sosial şəbəkəsini yarada bilər. Buna görə hər hansı icazənin alınmasına ehtiyac yoxdur. İnternet sərbəst, azad bir dünyadır".


Xatırladaq ki, Milli Məclisin deputatı Musa Quliyev Demokrat.az-a açıqlamasında Azərbaycanın öz milli sosial şəbəkəsini yaratmağı təklif edib.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top