Məhbuslar mühafizə hasarını dağıdıb yataqlara od vurdular - 17 yaralı var

DÜNYA 09 fev 2019, 15:46

Rusiyanın Samara vilayətində 5 saylı həbsxanasında baş verən münaqişədə 17 nəfər yaralanıb.

 

Bu barədə Samaranın ombudsmanı Olqa Qalçova məlumat verib.

 

Onun sözlərinə görə, hazırda 16 nəfər Federal Cəzaçəkmə Müəssisələri Xidmətinin xəstəxanasında, 1 nəfər isə neyrocərrayiyə xəstəxanasında müalicə alır.

 

Ombudsman qeyd edib ki, münaqişənin yenidən təkrarlanmaması üçün istintaq briqadası ciddi təhlükəsizlik tədbirləri görüb.

 

Xatırladaq ki, fevralın 8-da axşam yeməyi zamanı Samarada 5 saylı həbsxanada münaqişə baş verib. Belə ki, həbsxana işçisi məhbusları təhqir edib. Nəticədə məhbuslar mühafizə hasarını qırıb, təfərrüfat korpusuna giriblər. Buradakı münaqişədə məhbuslar yataqları yandırıblar. (Avropa.info)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top