Bakıda daha bir avtobus qəzası — FOTOLAR

HADİSƏ 19 yan 2019, 12:57
Bu gün səhər saatlarında Bakıda sərnişindaşıma xidməti göstərən avtobus qəzaya uğrayıb.

Demokrat.Az xəbər verir ki, qəza Avtovağzalın girişində baş verib. “7a” nömrəli avtobus əlavə yoldan əsas yola çıxanda “Gözlə” nişanına məhəl qoymayıb və yolda hərəkət edən “Mitsubishi L200” markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib. Hazırda ərazidə polis işləyir və qəzanın səbəbləri dəqiqləşdirilir.(olke.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top