Evə gedərkən yolda zorlanan qızın yarıçılpaq cəsədi tapıldı - FOTOLAR

KRİMİNAL 19 yan 2019, 12:28
Avstraliyanın Viktoriya ştatının Melburn şəhərindən 21 yaşlı qızın yarıçılpaq cəsədi tapılıb.

Demokrat.Az xarici mətbuata istinadla xəbər verir ki, 20 yaşlı Kodi Hermin (Codey Herrmann) adlı oğlan 21 yaşlı israilli tələbə Aya Masarvini (Aiia Maasarwe) zorlayıb, sonra da qətlə yetirib.

McCodez ləqəbi ilə tanınan reper mahnı sözlərində özünü heyvan kimi təqdim edərək dəfələrlə şeytan beyinli olduğunu vurğulayıb.

Aya adlı qız tramvaydan düşüb evə gedərkən yolda bacısı ilə görüntülü danışan zaman təcavüzə məruz qalıb, sonra da öldürülüb.

Reper ötən gün 21 yaşlı qızın qətlinə görə saxlanılıb. O, qızı öldürdükdən sonra əlində viski olan fotosunu yayıb və itkin düşən qızla bağlı fikirlərini yazıb.

Qeyd edək ki, Aya əslən fələstinlidir, o, İsrail vətəndaşlığı alıb.(milli.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top