Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı

HADİSƏ 17 yan 2019, 23:56
Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

Demokrat.Az xəbər verir ki, bu barədə qatarın sərnişinləri bildiriblər.

Onların sözlərinə görə, Sumqayıta doğru hərəkət edən qatar saat 19:48-də Güzdək istiqamətində 1 saat 15 dəqiqə dayanıb.

“Maşinist hər 10 dəqiqədən bir bildirirdi ki, qatarın dayanmasına səbəb hava şəraitidir”, – deyə onlar qeyd ediblər.

Sərnişinlərin sözlərinə görə, yaranmış problem həll edilmədiyindən Bakı-Sumqayıt qatarının hərəkəti mümkün olmayıb və qatar teplovoz vasitəsilə təyinat nöqtəsinə aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a bildirilib ki, qatarın hərəkətində dayanma olmayıb, sadəcə, hava şəraiti ilə əlaqədar sürət həddi endirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top