Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi - Prezidentdən SƏRƏNCAM - (YENİLƏNİB)

HADİSƏ 15 yan 2019, 16:02
Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
Demokrat.Az xəbər verir ki, sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
***
 
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov tutduğu vəzifədən azad edilib.

Bu barədə Demokrat.Az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bu saatlarda rəsmi Sərəncam da AZƏRTAC-da elan ediləcək.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top