Bakı metrosunda növbəti problem - Sərnişinlər vaqonlardan çıxarıldı

HADİSƏ 14 yan 2019, 17:27

Bakı metrosunda qatarda problem yaranıb.

 

Demokrat.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində "Bakı Metropolteni"nin "Sahil” stansiyasında baş verib.

 

Belə ki, "Həzi Aslanov"-"İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranlb. Nəticədə sərnişinlər stansiyada boşaldılıb və qatar Depoya göndərilib. Həmin qatarın yerinə yeni qatar verilib və problem aradan qaldırılıb".

 

B.Məmmədov bildirib ki, qatarların intervalında problem yaranmayıb.

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top