Çində kömür mədəni uçdu: 21 nəfər öldü

DÜNYA 13 yan 2019, 12:56
Çinin Şansi vilayətindəki kömür mədəni uçub.

Demokrat.Az yerli KİV-ə istinadən bildirir ki, çökmə nəticəsində dağıntılar altında qalmış 21 şaxtaçı həlak olub.

Şenmu şəhəri hökumətinin saytında yerləşdirilən məlumata görə, qəza zamanı mədəndə 87 nəfər olub. Onlardan 66-sı yerin altından sağ-salamat çıxarılıb. Göstərilən bütün cəhdlərə baxmayaraq, 21 şaxtaçının həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mədəndə qəza şənbə günü yerli vaxtla saat 18 radələrində baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top