Azərbaycan yağı Ermənistanı QARIŞDIRDI - FOTOLAR

HADİSƏ 04 yan 2019, 22:16
İrəvanda Azərbaycan istehsalı olan kərə yağları satılır.

Demokrat.Az xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.

Erməni mediası, “Yeni il sürprizi. Bəli, Ermənistan paytaxtının ticarət pavilyonlarında “qardaş Azərbaycanın” yüksək keyfiyyətli kərə yağlarını tapmaq mümkündür”, – sözlərini yazan Sona Aqekyanın statusunu paylaşıb.

Aqekyan satılan yağın Azərbaycanda “Farmer” şirkətinə məxsus “Moskovskoye” yağları olduğunu deyib.

“Sputnik Ermənistan” saytına danışan erməni ekspertlər isə belə mallara marketlərdə rast gəlmədiklərini bildiriblər.

Onlar bu tip malların daha çox küçələrdən alına biləcəyini söyləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top