Gürcüstan əhalisinin sayı bu ilin əvvəlində 3 729 600 nəfər təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
Sənədə əsasən, qonşu ölkə əhalisinin sayı illik müqayisədə 3 200 nəfər çoxalıb.
Gürcüstanda qadınların sayı 1 938 100, kişilərin sayı isə 1 791 600 nəfər təşkil edir. Əhalinin 58,3%-i şəhərlərdə, 41,7%-i isə kəndlərdə yaşayır. İllik müqayisədə şəhər əhalisi artıb, kənd əhalisi isə azalıb.
Hesabatda Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi ilə bağlı göstəricilər də yer alıb. 2014-cü ili əhatə edən göstəricilərə əsasən, qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 233 000 nəfərdir. Bu da Gürcüstan əhalisinin 6,3%-ni təşkil edir.
Demokrat.Az