Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

HADİSƏ 15 dek 2018, 09:30

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb.

 

Bu barədə Real TV-yə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev xəbər verib.

 

Jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib.

 

Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

 

Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top