Bakı metrosunda dava — Saxlanılanlar var

HADİSƏ 12 dek 2018, 22:00

Bakı Metropoliteninin stansiyasında dava olub.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun “Gənclik” stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:

 

“Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib. Həmin sərnişinlər polis tərəfindən saxlanılıb”.

 

Faktla bağlı araşdırma aparılır.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top