Bayram yarmarkasının günləri və yeri açıqlandı - VİDEO

SOSİAL 07 dek 2018, 18:17

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb. 

 

 “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək. 

 

“Yarmarkanı beş gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, - o qeyd edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top