Yanacaqdoldurma məntəqəsində partlayış – Yaralılar var

HADİSƏ 29 noy 2018, 14:28

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub.

 

“Report”un Qarabağ bürosu xəbər verir ki, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.

 

Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birin göndərilib.

* * *

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

 

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

 

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top