Almaniya ilə Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi imzaladı - Tarixdə ilk dəfə

DÜNYA 27 noy 2018, 18:55

Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bu ölkələrin ikitərəfli münasibətləri tarixində ilk dəfə olaraq, hərbi sahədə əməkdaşlıq barəsində razılaşma imzalayıblar. İmzalama mərasimi Almaniyada keçirilib.


Muxalifet.Az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın MN-nin mətbuat xidməti verib.


Nazir İzoriya Almaniyaya səfəri çərçivəsində fon der Lyayen ilə görüşdən sonra bildirib: “İki ölkənin əməkdaşlığı tarixində ilk dəfə hərbi sahədə əməkdaşlıq barəsində müqavilə imzalanıb. Müqavilədə qeyd olunub ki, Almaniya yenə də NATO-nun Gürcüstana qarşı açıq qapı siyasətini dəstəkləməyə davam edəcək və ölkənin NATO-ya inteqrasiyası yolunda maksimum səy göstərəcəkdir”.


İzoriya Berlində keçiriləcək, təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda iştirak eləməyi planlaşdırır.


Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildə, ölkə “Sülh naminə tərəfdaşlıq” prqoramının iştirakçısı olduğu zaman başlanıb. 2004-cü ildə narıncı inqilabdan sonra NATO ilə Gürcüstanın əməkdaşlığı daha da intensivləşib. 2008-ci ilin aprelində Buxarestdə NATO sammitində gələcəkdə, standartlara uyğun olacağı təqdirdə Gürcüstanın NATO üzvü ola biləcəyi rəyi təsdiqlənib. 2014-cü il 4-5 senyabr tarixlərində Uelsdə keçirilən sammit çərçivəsində Gürcüstanın alyansa üzv olmasına hazırlıq aparan tədbirlər paketi təsdiq edilib. Bu tədbirlər paketi çərçivəsində Gürcüstanda müntəzəm şəkildə birgə hərbi təlimlər keçirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top