Bacısının sevgilisi ilə intim görüntülərini izləyən gəncdən DƏHŞƏTli CİNAYƏT

KRİMİNAL 24 noy 2018, 16:28

Bacısının uyğunsuz görüntülərini görən gənc onu və sevgilisini vurdu.

Demokrat.Az xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində yaşanıb.

19 yaşlı Caner. Ş. 22 yaşlı bacısı Cansel.Ş və sevgilisi Samet.B-ni yaralayandan sonra hadisə yerindən qaçıb. Noyabrın 16-da bir gəncin səbəbi bilinməyən mübahisə zəminində bacısı və onun sevgilisini silahla vurması ilə bağlı xəbər yayılıb.

Məlumata görə, hadisədən sonra cütlük xəstəxanaya yerləşdirilib, onların həyati təhlükələrinin olmadığı bildirilir. Polis Caner.Ş-nin isə axtarışlarına başlayıb. Bu gün saxlanılan gənc bacısının sevgilisi ilə uyğunsuz görüntülərini gördüyü üçün onları vurduğunu deyib.

Məhkəmədən çıxanda jurnalistlərin sualını cavablandıran gənc “Başımız dik, alnımız açıq. Sıxıntı yoxdu. Bu cəzanı çəkərik”,- deyə cavab verib.(publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top