“Ən vəhşi və qəbuedilməz şey bu millətin gəncliyinin istismarıdır” - Novella Cəfəroğlu

SOSİAL 20 noy 2018, 15:21

“Bu vəhşiliyi törədən şəxslər ömürlük azadlıqdan məhrum edilməlidir”

 

Bunu Moderator.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. N.Cəfəroğlu bildirib ki, bu gün gənc qız və oğlanlarımız kimlərsə tərəfindən istismara məruz qalırlar:

 

“Əslində azyaşlıları fahişəliyə cəlb edən şəxslər ömürlük azadlıqdan məhrum edilməlidir ki, başqalarına da dərs olsun. Onların əmlakları da müsadirə olunmalıdır. Ən vəhşi və qəbuedilməz şey bu millətin gəncliyinin istismarıdır. Bu haqda məlumatlarım var və təkcə qızları yox, oğlan uşaqlarını da rayonlardan gətirib istismar edirlər. Burda həm ictimai qınaq olmalıdır, həm də kütləvi informasiya vasitələrimiz də bunu törədən şəxslərin əməlini ifşa etməlidir ki, həmin şəxslərin ailələri də bunun şahidi olsunlar. Bu kimi əməli törədən şəxslər qanunda on beş ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

 

Xatırladaq ki, sosial şəbəkədə azyaşlı qızları aldadaraq, hədə-qorxu gələrək fahişliyə cəlb edən Bakı sakini Mehdiyev Cəlal Əli oğlu İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

 

Həmin şəxsin fotosunu da təqdim edir:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top