“50 manat bas rəisin cibinə, ya da intihar elə!” - DSX zabiti və gömrükçülər vətəndaşlardan rüşvət tələb edərək, onları belə ƏLƏ SALDI - BİABIRÇI VİDEO

HADİSƏ 06 noy 2018, 21:57

Sosial şəbəkələrin Azərbaycan seqmentində yayılmış videoyazıdan göründüyü kimi, Dövlət Gömrük Komitəsinin Biləsuvar nəzarət-buraxılış məntəqəsinin əməkdaşları vətəndaşlardan rüşvət tələb edirlər.


Demokrat.Az xəbər verir ki, videoyazıda insanların rüşvət ödəməkdən imtina etməsinə və onun Azərbaycan vətəndaşı kimi gömrük nəzarətindən maneəsiz keçmək üçün nə etməli olması barədə sualına Dövlət Sərhəd Xidmətinin zabiti və gömrük əməkdaşları həyasızcasına intihar etməyi məsləhət görürlər. Sonra isə rəisə 50 manat rüşvət verməyi tələb edirlər.

 

BU NƏ RƏAZƏLƏTDİ BELƏ SƏFƏR MÜƏLLİM?:Gömrük işçisi: “50 manat bas rəisin cibinə, ya da intihar elə”


Vətəndaşların bilridiyinə görə, onlar gecədən növbə tutmalı olurlar ki, Biləsuvar nəzarət-buraxılış məntəqəsində gömrük baxışından keçsinlər. Gömrük işçiləri rüşvət tələb edir, bunu ödəmək istəməyənlər isə təhqir olunurlar. 

İnsanlar onu da bildirirlər ki, Azərbaycan vətəndaşlarına münasibətdə İran gömrükçüləri də özlərini olduqca kobud aparırlar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top